“Korifeylərimiz” rubrikasında bu dəfə Oqtay Ağayev haqqında danışacağıq. Gözəl səs tembrinə və zəngin repertuara malik Oqtay Ağayev çox nadir sənətkarlardandır. Bütün dövrlərdə ifası sevilə-sevilə dinlənilir. Dinlənilə - dinlənilə də öyrənilir.
Kremlin Qurultaylar Sarayında 11 dəfə konsert verən Bakılı balası
Oqtay Ağayev bir sənətkar kimii çox xoşbəxt idi. Keçmiş SSRİ-də uşaqdan-böyüyə onu sevirdi, dinləyirdi. O, Azərbaycanın nadir sənət adamlarından idi ki, Kremlin Qurultaylar sarayında 11 dəfə konsert proqramı ilə çıxış edib. Onun konsertləri hər zaman anşlaq keçib. Hətta bir dəfə Kremlin Qurultaylar sarayına 7 mindən artıq tamaşaçı toplaşıb. Onları bir çoxu saatlarla ayaq üstə qalıb ki, Oqtay Ağayevin nəğmələrini eşitsin.
Rəşid Behbudov Oqtay Ağayevdən nəyə görə incimişdi?
O yerli və xarici estrada müğənnilərinin repertuarlarındakı mahnıları çox böyük ustalıqla ifa edirdi. Vaxtilə yaxın dostu olan Rəşid Behbudovla onun arası da məhz repertuar üstündə dəyib. Beləki, 1968-ci ildə Moskvaya gedən azərbaycanlı sənətkarlardan ibarət nümayəndə heyətinə Rəşid Behbudov başçılıq edirdi. Rəşid Behbudov konsertdən əvvəl Oqtay Ağayevə deyir ki, məşhur italyan mahnısı "Camayka"nı oxumasın. Deyilənə görə, Robertino Lorettinin ifasında sevilən bu mahnının keçmiş SSRİ-də ən yaxşı ifa edən məhz Oqtay Ağayev imiş. Oqtay Ağayev Rəşid Behbudovun fikri ilə razılaşır və başqa mahnı oxuyur. Amma mahnı bitən kimi zaldakılar "Camayka!", "Camayka!" qışqırırlar və Maestro Niyazi gənc Oqtay Ağayevdən həmin mahnının oxumasını istəyir.
Oqtay Ağayev isə Niyaziyə bildirir ki, Rəşid Behbudov onun bu mahnının oxumasını istəmir. Uzun müzakirə və mübahisədən sonra Oqtay Ağayev "Camayka"nı oxuyur və zal aşıb-daşır, sənətkar alqışlanır.
Məhz bu hadisədən sonra Rəşid Behbudovla Oqtay Ağayevin münasibətləri pozulur.
Bakısız yaşaya bilməyən sənətkar
Konsertdən sonra SSRİ-nin Mədəniyyət naziri Y.Furtsova onu Moskvada qalmaq üçün dilə tutur. Amma o, Bakısız yaşaya bilməyəcəyini deyir və bu ideal təklifi geri çevirir.
Oqtay Ağayev birbaşa xalq artisti fəxri adını alan 3 sənətkardan biridir. Onun 200-dən artıq ifası lentə alınıb. Kinofilmlərə ən çox mahnı oxuyan müğənni də məhz Oqtay Ağayevdir. Onun bir çox ifaları sonradan həmin kinofilmlərin santrektinə çevrilib.
Talesiz insan
Lakin, bir insan kimi Oqtay Ağayev o qədər də şanslı olmayıb. Hər zaman ən yaxın dostlarından zərbə alıb. 50 yaşındaykən işsiz qalır. Hətta tale elə gətirir ki, o gecə qarovulçusu işləməyə məcbur olur. Bu azmış kimi oğlu Rəşidi gənc yaşlarında itirir.
Ürək-damar xəstəliyindən əziyyət çəkən xalq artisti 2006-cı il, noyabrın 14-də 72 yaşında vəfat edir.
Oqtay Ağayev haqqında daha ətraflı aşağıdakı videoda:
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
15:00 / 23.07.2022
Oqtay Ağayevin ACI TALEYİ – Rəşid Behbudovla küsülü qaldı, gənc yaşında oğlunu itirdi - VİDEO
Hazırda oxunan: Oqtay Ağayevin ACI TALEYİ – Rəşid Behbudovla küsülü qaldı, gənc yaşında oğlunu itirdi - VİDEO
Hazırda oxunan: Oqtay Ağayevin ACI TALEYİ – Rəşid Behbudovla küsülü qaldı, gənc yaşında oğlunu itirdi - VİDEO
85034
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.