Beynəlxalq Muğam Mərkəzində iyunun 27-də Braziliyanın məşhur “Choronas” instrumental musiqi qrupunun konserti keçirilib.
Bizim.Media xəbər verir ki, qrupun Bakıya gəlişi Beynəlxalq Muğam Mərkəzi ilə Braziliyanın ölkəmizdəki səfirliyi arasında bağlanan Anlaşma Memorandumu əsasında baş tutub.
Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro “Choronas” qrupunu tamaşaçılara təqdim edib. O deyib:
“Braziliyanın çoxsaylı dostları ilə Beynəlxalq Muğam Mərkəzində olmaq bizim üçün əsl zövqdür. Bu axşam qrupun unikal musiqiçilərini təqdim etməkdən qürur duyuram. Braziliyanın musiqisini bilən hər kəs bu gecədən həzz alacaq. Azərbaycanda muğam, Argentinada tanqo, ABŞ-da cazz, Braziliyada isə şoro musiqisi milli kimliyinin mərkəzində durur. Şoro janrın mənşəyi Braziliyanın ənənələrində özünü tapır. Bu axşam Braziliyanın 200 illik müstəqilliyinə həsr olunur və qrupun Şərqi Avropada ilk çıxışıdır”.
Proqramda “Tiko tiko no fubu”, “Dono da bola”, “Delicado”, “Eu quero e sossego”, “Choro de domingo” və digər mahnılar ifa olunub. “Carinhoso”, və “Edgar foi a feira” mahnıları İsmayıl Zülfüqarovun tarı ilə sintez olunub.
Ümumilikdə gecədə 18 instrumental musiqi səsləndirilib.
Qeyd edək ki, “Choronas” qrupu ilk dəfədir ki, Bakıda çıxış edir. 1994-cü ildə San-Paulu musiqiçiləri tərəfindən yaradılan ansambl bu günə kimi dünyanın bir çox səhnələrində konsert proqramı ilə çıxış edib.
“Choronas”ın repertuarında Braziliya populyar musiqisinin sevimli klassikləri və müasir bəstəkarların əsərləri yer alır.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
21:57 / 27.06.2022
Tanınmış musiqi qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış etdi
Hazırda oxunan: Tanınmış musiqi qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış etdi
Hazırda oxunan: Tanınmış musiqi qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış etdi
81221
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.