Bu gün Vyana şəhərində “Sülh naminə dinlərarası və mədəniyyətlərarası dialoqun, anlaşmanın və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilir.
Bizim.Media xəbər verir ki, konfransda Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə çıxış ediblər.
Çıxışlarda dünyada dözümsüzlük, diskriminasiya və ekstremizm meyllərinin qarşısının alınması üçün dinlərarası və mədəniyyətlərarası dialoqun, birgə regional və beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, sülh naminə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqində kollektiv səyləri gücləndirmək zəruridir, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına töhfə verən ölkələr sırasındadır.
Konfrans çərçivəsində, həmçinin “Azərbaycanın multikultural kimliyində dini irs” mövzusunda sərgi təşkil olunub.
Qeyd edək ki, konfransda Azərbaycanın Avstriyadakı səfirliyinin, QMİ-nin, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin, Azərbaycan Multikulturalizm Mərkəzinin və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Hofburq sarayında keçirilən konfransda hökumətlərin, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, dünyanın müxtəlif dini konfessiya rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, diplomatik korpusun üzvləri iştirak edirlər.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
15:09 / 24.06.2022
Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir
Hazırda oxunan: Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir
Hazırda oxunan: Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir
80816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.