Xalq artisti Bəxtiyar Xanızadəyə ağır itki üz verib.
Bizim.Media-ya açıqlama verən Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev bildirib ki, B.Xanızadənin həyat yoldaşı Afət Xanızadə vəfat edib.
O, mərhumun uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyini deyib.
Qeyd edək ki, A.Xanızadə pedaqoji fəaliyyət göstərib. B.Xanızadə Pantomima Teatrının yaradıcısı və baş rejissorudur.
Bizim.Media