Mingəçevir teatrında rejissor niyə kişidən “qadın” DÜZƏLDİB? - Nazirlikdən AÇIQLAMA 

Mingəçevir teatrında rejissor niyə kişidən “qadın” DÜZƏLDİB? - Nazirlikdən AÇIQLAMA 

Hazırda oxunan: Mingəçevir teatrında rejissor niyə kişidən “qadın” DÜZƏLDİB? - Nazirlikdən AÇIQLAMA 

75382

Bölgə teatrlarında qadın aktrisa böhranı yaşanır. Problem sosial şəbəkərlərdə gündəmə gətirilib. İddiaya görə, üçüncü dərəcəli qadın roluna aktrisa tapmayan rejissorlar məcburiyyətdən kişidən qadın "düzəldir"lər. 

Maraqlıdır, qeyd olunan hal hansı teatrda baş verib və hər il Azərbaycan Mədəniyyət İncəsənət Universitetindən məzun olan aktrisalar hara gedir? 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İncəsənət və Qeyri maddi-mədəni irs şöbəsindən Bizim.Media-ya bildirilib ki, həqiqətən də bölgələrdə ixtisaslı gənc aktyor və aktrisalara ciddi ehtiyac var:

“Sözügedən faktla bağlı araşdırma aparılıb. Söhbət Mingəçevir Dövlət Dram teatrından gedir. Mingəçevir Dövlət Dram Teatrında baş rejissor Vüsal Mehrəliyevin quruluşunda U.Şekspirin "Otello" əsərinin motivləri əsasında hazırlanmış "Yad " tamaşasında rejissor yozumuna əsasən Biyanka obrazını aktyor Ceyhun Əhmədov ifa edib. 

Doğrudur, regionlarda fəaliyyət göstərən teatrların bir çoxunda ixtisaslı gənc kadrlara, eləcə də aktyor-aktrisalara ciddi ehtiyac var.

Lakin qeyd olunan məsələ, aktrisa çatışmazlığı problemindən qaynaqlanmır, bu, rejissor təxəyyülünün məhsuludur”, - deyə nazirlikdən bildirilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO