Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı başa çatıb.
Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəliblər.
Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan olan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış ediblər.
Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələr qida sahəsi üzrə beynəlxalq ekspertlər və blogerlər ilə təmsil olunub.
MÖVZU İLƏ BAĞLI:
Şuşada I Beynəlxalq Kulinariya Festivalı keçirilir - FOTO
Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi-mənəvi dəyərləri təqdim edilib. Bu konsepsiyaya əsasən, pavilyonlar da fərqli formatda quraşdırılıb. Hər pavilyon qonaqları həmin ölkəyə xas memarlıq üslubu, milli musiqi ilə salamlayıb, tanınmış əsərlərdən parçalar səhnələşdirilib.
Tədbir zamanı hər bir ölkənin pavilyonunda həmin ölkələrin mədəniyyətlərinə aid xüsusi personajlar yer alıb, qonaqları maraqlı nömrələrlə əyləndiriblər. Festival günlərində incəsənət ustalarının iştirakı ilə bədii proqram təqdim edilib, istirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunub.
Kulinariya festivalının son günündə Azərbaycanın milli musiqiləri səsləndirilib, qonaqlara yerli tamaşa və filmlərdən səhnəciklər təqdim edilib.
Festival tədbir iştirakçılarının Azərbaycanın milli rəqsi olan “Yallı” sədaları altında rəqsi ilə yekunlaşıb.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
15:49 / 08.05.2022
Şuşada Beynəlxalq Kulinariya Festivalı başa çatdı
Hazırda oxunan: Şuşada Beynəlxalq Kulinariya Festivalı başa çatdı
Hazırda oxunan: Şuşada Beynəlxalq Kulinariya Festivalı başa çatdı
73333
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.