Gürcü müğənnisi:

Gürcü müğənnisi: "Sarı gəlin" ən çox sevdiyim mahnılardandır”

Hazırda oxunan: Gürcü müğənnisi: "Sarı gəlin" ən çox sevdiyim mahnılardandır”

70048

"Mən Gəncədə ilk dəfə olurdum. Şəhər məni sözün yaxşı mənasinda təəccübləndirdi. Çox qədim tarixə malikdir Gəncə. Gəncə Dövlət Dram Teatrının yeni binası çox möhtəşəm idi. Mən çox çox sevinirəm ki, ekspormt da alınsa, bu teatrın səhnəsində hamının çox sevdiyi "Sarı gəlin" mahnısını ifa etdim”.

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna tanınmış gürcü müğənnisi Veriko Turaşvili verib. 

Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan bəstələrindən ibarət albom hazırlayır. Gənc müsiqiçi ümidvardır ki, bu mahnılar həm Azərbaycan, həm də gürcü dinləyicilərinin ürəyincə olacaq.

"Gəncədə olanda 44 gün ərzində bombalanan, terror aktlarına məruz qalan ərazilərdə də olduq. Bu səhnələri görəndə insanın qanı donur. Dəhşətdir. O uşaq oyuncaqları məni çox üzdü" deyə Veriko Turaşvili əlavə edib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO