Hüseyn Mehdiyev kino çəkməkdən niyə imtina edib? – Özündən AÇIQLAMA

Hüseyn Mehdiyev kino çəkməkdən niyə imtina edib? – Özündən AÇIQLAMA

Hazırda oxunan: Hüseyn Mehdiyev kino çəkməkdən niyə imtina edib? – Özündən AÇIQLAMA

65868

"Yaradıcılıq həmişə var. Bu, yaradıcı insanın, sənətkarın təbii varlığıdır".

Bu fikirləri Bizim Media-ya özəl açıqlamasında Əməkdar İncəsənət Xadimi, tanınmış kinorejissor, Azərbaycan Professional Kinorejissorlar Gildiyasinin sədri Hüseyn Mehdiyev deyib.

Doğum gününü hər il bayram ərəfəsində qeyd edən Hüseyn Mehdiyevlə kinomuz və bir rejissor kimi şəxsi yaradıcılığı ilə bağlı söhbətləşdik.

Hüseyn Mehdiyev: "Əfsuslar olsun ki, indiyədək mənim layihələrimi həyata keçirməyə şərait yaradılmirdi. Bundan sonra mənim hansısa işləri görməyim kinonun durumundan asılıdır. Belə vəziyyətdə, mənim həmkarlarımın işsiz qaldigi, yaradıcılıq imkanları olmayan vəziyyətində mənim kino çəkməyim qəbulolunmazdır. Allah eləsin ki, kinomuzun durumu düzəlsin, vəziyyət yaxşı olsun, o zaman mən də yeni film çəkərəm", - deyə rejissor yeni ssenarilərindən də bəhs etdi. 
 

"Kino adamının, kinosuz keçən hər günü ağırdır", - deyən Hüseyn Mehdiyev, Kinorejissorlar Gildiyasinda kino, müəllif hüquqları və peşə adları ilə bağlı müntəzəm söhbətlərin olduğunu, imkan daxilində bir çox islərin görüldüyünü də vurğuladı.


Xatırladaq ki, Hüseyn Mehdiyev 19 mart 1945-ci ildə Şəkidə anadan olub. O, "Şahid qız", "Süd dişinin ağrısı", "Özgə vaxt", Məkanın melodiyası" kimi yaddaqalan filmlərin ssenari müəllifi və rejissorudur. Hüseyn Mehdiyevin oğlu, Nadir Mehdiyev isə Azərbaycanın tanınmış kinooperatorudur. 

Ülviyyə Həsənqizi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO