Rövşən İsaxın qızı olanda Rüstəm İbrahimbəyov ona nə deyib? – “Oğlun olsaydı...”

Rövşən İsaxın qızı olanda Rüstəm İbrahimbəyov ona nə deyib? – “Oğlun olsaydı...”

Hazırda oxunan: Rövşən İsaxın qızı olanda Rüstəm İbrahimbəyov ona nə deyib? – “Oğlun olsaydı...”

65299

“2002-ci il idi.  Rüstəm müəllimlə 5 il idi görüşmürdük. Görüşdük, yenə də həmişəki qaydada. Doğma, əziz  adamım kimi.  Məndən soruşdu ki, “Necəsən? Nə var, nə yox?, şəxsi həyatında hansı yenilik var?” Dedim ki “Rüstəm müəllim, qızım anadan olub” Bir az üzümə baxdı, sonra qoluma girdi və dedi ki, getdik”.

Bu xatirəni Rejissor Rövşən İsax Bizim Media-ya Rüstəm İbrahimbəyovla bağlı danışarkən söyləyib. 

Rejissor deyir ki, daha mən də hara gedəcəyimizi soruşmadım. Gəzə-gəzə gedib çıxdıq, Rüstəm müəllimin İçərişəhərdəki evinə.

MÖVZU İLƏ BAĞLI:

Ramiz Rövşən və Rafiq Əliyevdən Rüstəm İbrahimbəyov haqqında MARAQLI FİKİRLƏR 


“Rüstəm müəllimin evini o evdə olanların hamısı bilir. Elə ev dünyada bir dənə ola bilər. O, da Rüstəm müəllimin evidir. Rüstəm müəllim Bakıdadır, Bakıda deyil, fərqi yoxdur, sən incəsənət adamısansa, qapını döyürsən, açıb deyirlər ki, xoş gəlmisən. Soyuducu, qaynar su, çay, kofe... Yəni atanın evi kimi. Mən, o evdə çox olmuşam.

Qonaqlı-qaralı evdir. Evdə də həmişə aşpaz olurdu. Bir sözlə evə daxil olduq. Rüstəm müəllim, önlük keçirdi boynuna bağladı, mən də deyirəm görən neyləyəcək... Maraqla Rüstəm müəllimi izləyirəm.  Soyuducudan balıq çıxartdı, doğradı, duz atdı və tavanı qızmağa qoydu. Mən isə yenə da maraqla baxıram.

Üzünü mənə tutub: “Gəl kömək elə” dedi. Nələri isə kəsdim, doğradım. Bir sözlə süfrə açdıq. Rüstəm müəllim boşqabları düzdü, qızartdığı balıqları süfrəyə qoydu və şərab açdı. Qədəhlərə süzdüyü şərabı əlinə alaraq : “Oğlun olsaydı harada istəsən qonaqlıq vermək olardı. Əgər sənə yaxın olan bir adamın qızı olubsa, onun təbrikini gərək ki, öz əllərinlə bişirəsən”.

Tostu da belə tamamladı ki: “Arzu edirəm ki, qızının bir də bacısı olsun”. 

Bu hadisənin üzərindən illər ötüb. İki ildən sonra, 2004-cü ildə  Rüstəm müəllimin arzu etdiyi kimi mənim ikinci qızım da dünyaya gəldi. Mənim üç övladım var və inanın ki, bu olmuş hadisəni hər dəfə xatırlayanda, Rüstəm İbrahimbəyovun insan kimi də nə qədər nəhəng olduğu gözlərim önünə gəlir. Allah, Rüstəm müəllimə rəhmət eləsin. Belə insanlar az-az olur”.

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO