Çingiz Abdullayev: “Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətini itirdik”

Çingiz Abdullayev: “Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətini itirdik”

Hazırda oxunan: Çingiz Abdullayev: “Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətini itirdik”

65094

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində vida mərasimi başlayıb.

Bizim.Media-ın əməkdaşının verdiyi informasiyaya görə, səhnədə video slayt vasitəsilə Rüstəm İbrahimbəyova həsr edilən sənədli film nümayiş edilir. 

Mərasimdə Mədəniyyət naziri Anar Kərimov, Yazıçılar Birliyinin sədri Anar, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Fərhad Bədəlbəyli, Razim Balayev, tanınmış alim Rafiq Əliyev, Xalq şairi Ramiz Rövşən və mərhumun ailə üzvləri və başqaları iştirak edir. 

Açılış nitqi ilə Çingiz Abdullayev çıxış edib. 

“Bu gün Azərbaycan kinosunun, mədəniyyətinin böyük şəxsiyyətini itirdik. Yeganə şəxsiyyətdir ki, dünyada nüfuzlu olan 6 mükafatın sahibidir”, deyə o, qeyd edib.

Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün I Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO