Rüstəm İbrahimbəyovun xəstəxanada son sözü nə olub? –

Rüstəm İbrahimbəyovun xəstəxanada son sözü nə olub? – "Dedi ki, ölsəm..."

Hazırda oxunan: Rüstəm İbrahimbəyovun xəstəxanada son sözü nə olub? – "Dedi ki, ölsəm..."

65091

Bu dəqiqələrdə Nizami Kino Mərkəzində Xalq Yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir. 

Bizim.Media xəbər verir ki, mətbuat nümayəndələri Rüstəm İbrahimbəyovun xanımı Şöhrət İbrahimbəyovaya yaxınlaşaraq onun fikirlərini soruşublar. 

Göz yaşları içində çox üzgün olduğunu deyən Şöhrət İbrahimbəyova danışa bilməyib. 

Rüstəm İbrahimbəyovun oğlu Fuad atasının son dəfə dostlarına xəstəxana palatasından salam göndərdiyini dedi:

“O, son sözündə bütün dostlarına salam söylədi. Dedi ki, əgər ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla, onlara sevgimi çatdır”.

Fuad İbrahimbəyov vida mərasimindəki çıxışında qeyri-adi ataya sahib olduğunu deyib: "Bizim ailenin adından ölkə prezidentinə və Mehriban xanıma təşəkkür edirəm. Ailəmizin ən çətin günündə bizə dəstək oldunuz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO