Rüstəm İbrahimbəyovun dəfn yeri AÇIQLANDI

Rüstəm İbrahimbəyovun dəfn yeri AÇIQLANDI

Hazırda oxunan: Rüstəm İbrahimbəyovun dəfn yeri AÇIQLANDI

64878

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun dəfn olunacağı yer açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev yayıb.

O bildirib ki, R.İbrahimbəyovla vida mərasimi 16 mart, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq:

“Vida mərasimi başa çatdıqdan sonra Xalq yazıçısı Birinci Fəxri Xiyabanda dəfn olunacaq”.

Qeyd edək ki, R.İbrahimbəyov martın 10-da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib.  Xalq yazıçısı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 1939-cu ildə Bakı şəhərində anadan olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO