“Dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərmişəm, amma Şuşa kimi məkanı görməmişəm”.
Bizim.Media xəbər verir ki, bunu məşhur fotoqraf Reza Deqatinin “Şuşa söhbətləri” layihəsinin təqdimatı zamanı deyib.
“Şuşa başqadır, özəldir və doğmadır. Şuşanı bütün dünyaya foto dili ilə çatdırmaq, tanıtdırmaq lazımdır.
Şuşada foto məktəbi yaratmaq istəyirəm. Foto festivallar da keçirmək olar. Həmçinin, Şuşada foto qalereya yaratmaq istəyirəm. 30 il əvvəl Şuşaya gedəndə Şuşa muhasirədə idi.
Mən çətinliklə gedə bildim. Snayperlə papağımı vurmuşdular. Şuşada mütləq foto məktəbinin yaradılmasını istəyirəm”, - deyə Reza Deqati bildirib.
Ülviyə Həsənqızı, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
11:12 / 15.03.2022
Reza Deqati Şuşada foto məktəbi yaratmaq istəyir
Hazırda oxunan: Reza Deqati Şuşada foto məktəbi yaratmaq istəyir
Hazırda oxunan: Reza Deqati Şuşada foto məktəbi yaratmaq istəyir
64846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.