Ölkəmiz “Eurovision-2022”də hansı mahnı ilə çıxış edəcək? - Tarix AÇIQLANDI - FOTO

Ölkəmiz “Eurovision-2022”də hansı mahnı ilə çıxış edəcək? - Tarix AÇIQLANDI - FOTO

Hazırda oxunan: Ölkəmiz “Eurovision-2022”də hansı mahnı ilə çıxış edəcək? - Tarix AÇIQLANDI - FOTO

63574

İtaliyanın Turin şəhərində keçiriləcək Avroviziya-2022 mahnı yarışmasında Azərbaycanı təmsil edəcək mahnı artıq seçilib.

Bizim.Media bildirir ki, bu barədə ölkə təmsilçisi Nadir Rüstəmli şəxsi instagram hesabında məlumat verib. Onun sözlərinə görə, mahnının adı yaxın günlərdə açıqlanacaq:

“Ən çox sizinlə paylaşmaq istədiyim xəbəri nəhayət paylaşıram- mahnımız seçilib. Hətta onu artıq studiyada da yazmışıq. Seçim mərhələsində o qədər həyacanlı idim, məhz bu mahnının seçilməsini istəyirdim və elə də oldu”.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanı “Avroviziya-2022”də təmsil edəcək mahnı seçildi – FOTO


Mahnının müəllifləri isə Danimarkalı bəstəkar Tomas Stenqaard və İsveçdən olan Andreas Stoundur. Onlar bundan öncə də Avroviziyada bir çox səslənən bəstələrin müəllifləri olublar.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı “The sound of beauty” (“Gözəlliyin səsi”) olan “Eurovision-2022” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də “PalaOlimpico”da baş tutacaq.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO