Səməndər Rzayevin qızı yanlışları DÜZƏLTDİ:

Səməndər Rzayevin qızı yanlışları DÜZƏLTDİ: "Yaxın günlərdə atam və qardaşımla bağlı..."   

Hazırda oxunan: Səməndər Rzayevin qızı yanlışları DÜZƏLTDİ: "Yaxın günlərdə atam və qardaşımla bağlı..."   

63295

“Xəbər portalları və internet səhifələrində mərhum qardaşım Rəşidin bu gün anadan olması ilə bağlı məlumatlar var. Buna görə mənə zəng edirlər, Rəşidi soruşurlar. Diqqətləri üçün minnətdaram, amma Rəşidin doğum günü martın 5-i deyil”.

Bu fikirləri Bizim Media-ya özəl açıqlamasında Azərbaycanın görkəmli sənətkarı Səməndər Rzayevin qızı Rübabə Səməndər deyib.

Rübabə Səməndər atası, mərhum aktyor Səməndər Rzayevlə bağlı yalnış xəbərlərin çox olduğunu vurğulayıb:

“Əvvəla deyim ki, Rəşidin doğum günü martın 5-i deyil. Təəssüf ki, vikipediyada səhv yazılıb. Yaxın günlərdə atam və qardaşımla bağlı vikipediya səhifəsini redaktə edəcəm. Rəşid 1975-ci il oktyabrın 8-də doğulub, 2020-ci il noyabrın 20-də dünyasını dəyişib.

Atamla bağlı isə yazıblar ki, Səməndər Rzayev səhnə fəaliyyətinə Sumqayıt Teatrından başlayıb. Halbuki, institutun 4-cü kursunda oxuyarkən rejissor Tofiq Kazımov atamı Akademik Milli Dram Teatrına dəvət edib və Səməndər Rzayev ömrünün sonunadək Azdramada çalışıb. Daha sonra yazıblar ki, anam Ağsulu olub və atamla, anam toyda tanış olub evləniblər. Bu da doğru deyil. Anam Tiflisli idi. Atamla da Bakıda tanış olub, ailə qurublar.

Atamın kasıb ailədən olduğunu və Bakıya gələndə kitablarından başqa heç nəyi olmadığını qeyd edirlər. Bu məlumat da yanlışdır. Əslində mənim babam tacir olub.

1941-45-ci illərdə şəxsi dəyirmanı var imiş. Həm də qızıl alveri ilə məşğul olub. Sibirdən “Sibir brilliantı” gətirib satırmış. Sonralar babamı həbs ediblər. 70 yaşında həbsxanada vəfat edib. Atam evin sonbeşiyi olub.  

1945-ci il yanvarın 2-də doğulduğu üçün yeni ili atamın doğum günü ilə birlikdə bayram edərdik. 1986-cı il martın 27-də Beynəlxalq Teatr Günündə vəfat etdi”.   

Xatırladaq ki, Rübabə Səməndər Səməndər Rzayevin yeganə varisidir.  

Ülviyyə Həsənqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO