“Mən həyatı sevirəm, çünki Fəxrəddin var...” – Onların sevgisi də bir başqa idi... 

“Mən həyatı sevirəm, çünki Fəxrəddin var...” – Onların sevgisi də bir başqa idi... 

Hazırda oxunan: “Mən həyatı sevirəm, çünki Fəxrəddin var...” – Onların sevgisi də bir başqa idi... 

63174

Ötən gün Xalq artisti Fəxrəddin Manafovun mərhum həyat yoldaşı Vahidə Sadıqovanın vəfatının birinci ildönümü tamam olub.   

Bizim.Media xəbər verir ki, bu kədərli gün münasibətilə Fəxrəddin Manafov və Vahidə Sadıqovanın ailə dostu Hacı Nuran sosial şəbəkədə paylaşım edib.  

Vahidə Sadıqova ilə çəkilən fotoları paylaşan Hacı Nuran ürək sözlərini belə ifadə edib:  

“Düz 1 il ötdü onun yoxluğundan ... Düz 1 il bundan əvvəl köçdü aramızdan o gözəl insan.  Mənə ikinci anam kimi idi ... Vahidə Sadıqova.  Fəxrəddin Manafova isə təkcə həyat yoldaşı yox, dost, sirdaş idi.  Mən Manafovlar ailəsini heç vaxt yad bilmədim. Ən çətin anımda, ən xoşbəxt günümdə yanımda oldular, çünki. Hətta ötən ilki ad günümü onların evində keçirtmişdim: mən, Fəxrəddin Manafov və Vahidə xanım. 

Vahidə xanım doğrudan da bənzərsiz, vahid insan idi.  Bişirdiyi yeməklərə, düzəltdiyi süfrəyə söz ola bilməzdi.

Heyran idim ondakı ürəyə. O qədər həyat dolu insan idi ki, heç vaxt nə xəstəlikdən, nə də ölümdən danışmazdı. Həmişə "mən həyatı sevirəm", deyirdi, çünki o həyatda Fəxrəddin var, ona görə” 

Onların sevgisi də bir başqa idi. Bu sevgi artıq ər-arvad sevgisindən çıxıb, övlad, ana şəfqəti ilə cilalanmışdı. Validə xanım bəlkə də ürəyində qalan övlad həsrətini Fəxrəddinin varlığı ilə ovudurdu. Hər nəydisə, onlar ayrılmaz idilər. Və bir gün, zalım fələk o əlləri qopardı.   
 İndi daha Fəxrəddin müəllim də o adam deyil. Onun gözlərindəki kədəri sevməmək mümkünsüzdür.  Görüşəndə gülümsəməyə çalışsa da məncə, elə də alınmır. Çünki o kədərin mənbəyini dostlar, yaxınlar daha gözəl bilir. Beləcə, Vahidə anamsız bir il ötdü. Mənimçün də çətin keçən bir il. Onun yoxluğuna heç inanmıram ki... Elə bilirəm ki, bu dəqiqə zəng edəcək, "sınoçik, gəl bizə, qəşəng aş dəmləmişəm", deyəcək. Bu gün ona olan sözlərimi qəbr üstündə olan büstünə dedi hər kəs. Dedilər ki, darıxmışıq... dedilər ki, sənsiz çox çətindir.  Eşitdimi? Eşitdi məncə. Sadəcə, hamı danışdı, o susdu, həyatdakı kimi ...

Bəzən danışmaqdansa, susmağa üstünlük verirdi çünki. Əvəzindəsə həmişə gözləri danışırdı onun. Yerin behişt olsun, əvəzsiz insan! Sən həmişə bizimləsən”.  

Xatırladaq ki, Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı, AZTV-nin keçmiş diktoru Vahidə Sadıqova 2021-ci il martın 3-də 65 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO