“Mərmər soyuğu” filminin çəkilişi başa çatıb - FOTO

“Mərmər soyuğu” filminin çəkilişi başa çatıb - FOTO

Hazırda oxunan: “Mərmər soyuğu” filminin çəkilişi başa çatıb - FOTO

61497

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyilə “Azərbaycanfilm” kinostudiyası, Bakı Media Mərkəzi və “Arizona Productions” (Fransa) şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.

Bizim.Media Azərbaycan Kinematoqrafçılar İtiifaqı (AKİ) istinadən  xəbər verir ki, rejissor Asif Rüstəmovun quruluş verdiyi film uğursuz rəssamın sevgilisi ilə qarışıq münasibətlərindən bəhs edir. Uzun illər həbs həyatını yaşamış atanın evə qayıdışı və ən radikal yollarla oğlunun həyatını yoluna qoymağa çalışması filmin əsas süjet xəttini təşkil edir.

Filmin ssenari müəllifləri – Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, kreativ prodüseri İradə Bağırzadə, baş prodüseri isə Fariz Əhmədovdur.

Baş rollarda Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban İsmayılov çıxış edib.

Qeyd edək ki, Asif Rüstəmov 2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

2002-2004-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında, 2006-2008-ci illərdə  Dərviş Prodüser Mərkəzində çalışıb. “Ev” (2007), “Arxası qibləyə”(2009), “Axınla aşağı” (2014) filmlərini çəkib. Ssenarisi əsasında isə “Düyün”(2008-rej.Əli İsa Cabbarov) filmi çəkilib.Ssenari müəlliflərindən biri olduğu “Nar bağı” (2017-ssenari və rejissor işi İlqar Nəcəfindir) filmi 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub.

Bundan başqa, Azərbaycandan “Xarici dildə ən yaxşı filmə görə” Oskar mükafatına təqdim olunub.
Rejissorun “Axınla aşağı” bədii filmi ABŞ-ın Los-Anceles şəhərində keçirilən SEEfest Film Festivalında “Ən yaxşı tammetrajlı debüt film” mükafatına layiq görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO