Türk dünyasının aşıqları Bakıya gələcək

Türk dünyasının aşıqları Bakıya gələcək

Hazırda oxunan: Türk dünyasının aşıqları Bakıya gələcək

60956
Azərbaycanda ikinci Beynəlxalq Aşıq Festivalı keçiriləcək. Moderator.az -ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, festival noyabrın 10-dan 18-dək davam edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə keçirəcəyi festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən də aşıqlar iştirak edəcək. 

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşacaq beynəlxalq festivalın açılışı noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında olacaq. Həmçinin Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində festival iştirakçılarının çıxışlarının təşkili nəzərdə tutulub. 

Festivalın əsas məqsədi aşıq sənətimizin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsidir.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan Aşıq sənəti UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO