Sarı Aşığın “Gül dəftəri” kitabı çap olundu – FOTO

Sarı Aşığın “Gül dəftəri” kitabı çap olundu – FOTO

Hazırda oxunan: Sarı Aşığın “Gül dəftəri” kitabı çap olundu – FOTO

605800

Cinas bayatılar ustadı kimi tanınan Sarı Aşığın “Gül dəftəri” kitabı üçüncü dəfə çap olunub.

Bizim.Media xəbər verir ki, toplayanı və tərtibçisi şair İlham Qəhrəman olan yeni nəşr AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə işıq üzü görüb.

Təkmilləşdirilmiş bu topluda Sarı Aşığa məxsus müxtəlif mənbələrdən götürülmüş 1018 bayatı, 8 qoşma (2 təcnis), 33 bayatı-tapmaca və bağlamalar yer alıb.
 

Tərtibçi istifadə etdiyi qaynaqlara tənqidi yanaşmış, çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara, xüsusi adlara aydınlıq gətirib, cinasları düzgün və anlaşıqlı şəkildə təqdim edib. Sarı Aşığın irsi bu kitabla oxuculara tam şəkildə çatdırılır.


Əvvəlki toplulardan fərqli olaraq üçüncü nəşrə Haqq Aşığının iki mənbədən götürülmüş 21 bayatısı əlavə edilib və indiyə qədər cavabsız qalmış bağlama və tapmacaların bir çoxunun açması düzgün qeyd edilib.

Eyni zamanda oxucular yeni nəşrdə Sarı Aşıq haqqında el arasında yayılmış rəvayətlərlə də tanış ola biləcəklər. Kitabın sonunda tərtibçi çətin sözlər üçün “Sözlük” verib. Topludakı bayatılar köhnə ənənə üzrə birinci misranın son hərfinə uyğun olaraq əlifba sırasıyla düzülüb.
 

288 səhifədə 500 (beş yüz) sayda dərc olunan kitab İlham Qəhrəmanın “Ürək qoyulan kitab” adlı geniş ön sözüylə açılır. Eyni zamanda “Salman Mümtazın xatirəsinə” xüsusi qeydi də tərtibçinin xələflərə olan qədrdanlığının ifadəsi kimi diqqət çəkir.


Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, korrektoru filoloq Nigar İlhamqızıdır. Qapaq dizaynı Rafaelə məxsusdur.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO