Kitab Bağışlama Günü ilə bağlı maraqlı tədbir - FOTO

Kitab Bağışlama Günü ilə bağlı maraqlı tədbir - FOTO

Hazırda oxunan: Kitab Bağışlama Günü ilə bağlı maraqlı tədbir - FOTO

60173

Bu gün bütün dünyada qeyd edilən Beynəlxalq Kitab Bağışlama Günü Qusarda özünəməxsus şəkildə qeyd edilib.

Bizim.Media xəbər verir ki, müxlif peşə sahibləri olan ktab həvəskarları, məktəblilər Qusar Tarix-Diyarşünaslıq muzeyində bir araya gəliblər.

Muzeyin direktoru Xatirə Nağıbəyova təməli 2012-ci ildə  ABŞ-ın "Delightiful Childrens Books" uşaq saytının yaradıcısı Emmi Brodmoor tərəfindən qoyulan bu nəcib günün əhəmiyyətindən və ölkəmizdə də keçirilməsindən danışıb. 

Muzeyin əməkdaşı Afət Ağasiyevanın çıxışında Qusar rayonunda kitaba aparan yolun ilk yaradıcılarından - maarifçi ziyalıların gördüyü işlərdən geniş söz açılıb.

Qusarın kitab və maarifçilik tarixi ilə bağlı məktəblilərə geniş məlumat verilib.

Tədbirin sonunda Qusar Rayon Tarix-Diyarşünaslıq muzeyinə kitablar hədiyyə edilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO