Hollivud aktyoru Leonardo Di Kaprio "Qızıl Qlobus" mükafat mərasimi zamanı təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb. Tədbir yanvarın 12-də Los-Ancelesdə keçirilib.
Bizim.Media xəbər verir ki, məlumatı "Vanity Fair" yayıb.
Jurnalistlərin sözlərinə görə, zaldan çıxmış Leonardo Di Kaprio məkana qayıtmaq istəyəndə girişdə saxlanılıb. Ona yalnız reklam fasiləsi zamanı yerinə qayıda biləcəyi bildirilib.
Bizim.Media


































































































