Azərbaycan Gürcüstandan Gəncə qapılarını geri istəyir - Danışıqların detalları açıqlandı

Azərbaycan Gürcüstandan Gəncə qapılarını geri istəyir - Danışıqların detalları açıqlandı

Hazırda oxunan: Azərbaycan Gürcüstandan Gəncə qapılarını geri istəyir - Danışıqların detalları açıqlandı

58497

"Azərbaycan Gürcüstandan Gəncə qapılarını geri istəyir".  

Bizim.Media xəbər verir ki, bunu Gəncədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov deyib: 

O, jurnalistlərə açıqlamasında bildirib ki, hazırda bu məsələ ilə bağlı Gürcüstan tərəfi ilə danışıq aparılır: 

“Tarixi Gəncə qapılarının Gürcüstandan Azərbaycana qaytarılması ilə bağlı qarşı tərəfdən yekdil rəy yoxdur. Biz bu məsələni ölkələrin hökumətlər arası komissiyasının gündəliyinə daxil etmişik. Amma hələlik bir müsbət irəliləyiş yoxdur. Danışıqlar asan yox, ağır gedir”. 

Nazirin sözlərinə görə, hələ ötən il Gürcüstana rəsmi səfəri zamanı Gəncə Qapıları ilə bağlı danışıqlar aparıb.
Nazir bundan sonra da gürcü tərəfi ilə Gəncənin tarixi qapılarının öz vətəninə, Azərbaycana qaytarılması istiqamətində danışıqları davam etdirəcəklər. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO