Bəhram Flora Kərimova ilə arxiv FOTOSUNU paylaşdı

Bəhram Flora Kərimova ilə arxiv FOTOSUNU paylaşdı

Hazırda oxunan: Bəhram Flora Kərimova ilə arxiv FOTOSUNU paylaşdı

581618

Əməkdar artist Bəhram Bağırzadə Xalq artisti Flora Kərimova ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, Bəhram sənətkarla arxiv fotosunu paylaşaraq bunları yazıb:

“Flora Kərimova - gücün, azadlığın və həqiqi sənətin simvolu olan bir addır. Onun səsi - hissdir, xarakteri cəsarət, yaradıcılığı isə nəsillərin qəlbində yaşayan canlı bir tarixdir.
 

Mənə onunla eyni səhnəni bölüşmək nəsib olub - həm tamaşalarda, həm də konsertlərdə, konfransye işlədiyim illərdə. Flora xanım ilə hər görüş dərin, səmimi və unudulmaz bir iz buraxıb. O, heç vaxt özünə xəyanət etməyən, həqiqətdən dönməyən və sənətə, xalqına sədaqətli qalan sənətkardır.


Flora xanım, siz təkcə böyük bir müğənni deyilsiniz. Siz Azərbaycan mədəniyyətinin ləyaqəti, iradəsi və gözəlliyisiniz.

Səsinizə və ruhunuza bürünən bütün gözəlliklər üçün sizə təşəkkür edirəm”.



Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO