Xalq artisti qəzaya görə konsertini təxirə saldı – VİDEO

Xalq artisti qəzaya görə konsertini təxirə saldı – VİDEO

Hazırda oxunan: Xalq artisti qəzaya görə konsertini təxirə saldı – VİDEO

580147

Xalq artisti Mənsum İbrahimov bu gün Gəncədə keçirilməsi nəzərdə tutulan konsertini təxirə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə Xalq artisti instaqram hesabında məlumat verib.
 

Muğam ustası bildirib ki, yubileyi ilə əlaqədar Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konsertinin təxirə salınmasına səbəb ötən gün Türkiyəyinin Gəncədən qayıdan hərbi təyyarəsinin qəzaya uğramasıdır.


“Orada 20 hərbiçimiz şəhid olub. Türkiyənin şəhidi bizim şəhidimizdir. Acınız, acımızdır, əziz Türkiyəm. Allah bütün şəhidlərə rəhmət eləsin.

Konsertin yeni vaxtı ilə bağlı məlumat verəcəyik. Anlayışınız üçün təşəkkür edirəm”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO