Bu il VII Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək - Sonuncu 2018-ci ildə baş tutub

Bu il VII Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək - Sonuncu 2018-ci ildə baş tutub

Hazırda oxunan: Bu il VII Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək - Sonuncu 2018-ci ildə baş tutub

57214

Oktyabr ayında VII Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mədəniyyət Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, bu il ərzində digər beynəlxalq tədbirlərin keçirilməsi də istisna olunmur.

Xatırladaq ki, Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə 2011-ci ildən Azərbaycan Respublikasında keçirilən tədbirdir.

Sonuncu dəfə 2018-ci il oktyabrın 25-26-da keçirilən VI Bakı Beynəlxalq Humanitar forumunda 90-dan çox ölkədən və 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndə iştirak edib. 
Forumda BMT baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin iqtisadi və sosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, MDB İcraiyyə Komitəsi rəhbərlərinin müavinləri iştirak ediblər (trend).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO