Azərbaycan mədəniyyətinə ağır itki - Əməkdar artist vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki - Əməkdar artist vəfat etdi

Hazırda oxunan: Azərbaycan mədəniyyətinə ağır itki - Əməkdar artist vəfat etdi

54450

Əməkdar artist Novruz Qartal bu gün vəfat edib.

Bizim.Media xəbər verir ki, o, uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunurdu.

Qeyd edək ki, Novruz Qartal (Əliyev Novruz Yaqub oğlu) 1947-ci ildə anadan olub. O, 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

Əməkdar artist "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları ifa edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO