Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edib.
Bizim.Media Mədəniyyət Nazirliyinin saytına istinadən xəbər verir ki. müsabiqə 23 dekabr 2021-ci il - 15 mart 2022-ci il tarixlərində keçiriləcək.
Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək, layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra 30 mart 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq.
İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, müsabiqə “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
14:02 / 24.12.2021
Heykəltəraşların diqqətinə: Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqə ELAN EDİLDİ
Hazırda oxunan: Heykəltəraşların diqqətinə: Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqə ELAN EDİLDİ
Hazırda oxunan: Heykəltəraşların diqqətinə: Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqə ELAN EDİLDİ
52276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.