“Viktoriya və Albert” dən böyük təhrif: Nizamini fars, Şirini erməni çıxardılar

“Viktoriya və Albert” dən böyük təhrif: Nizamini fars, Şirini erməni çıxardılar

Hazırda oxunan: “Viktoriya və Albert” dən böyük təhrif: Nizamini fars, Şirini erməni çıxardılar

48950

Londonda yerləşən “Viktoriya və Albert” muzeyi dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı böyük təhrifə yol verib.

Bizim.Media xəbər verir ki, muzeyin rəsmi "Instagram" səhifəsində Nizami yaradıcılığı ilə bağlı paylaşım edilib.

Nizami Gəncəvinin möhtəşəm əsəri sayılan, həmçinin “Beşlik” kimi də adlandırılan “Xəmsə”nin ikinci poeması olan “Xosrov və Şirin”dən bir səhnənin yer aldığı kirəmit plitə İran dastanından parça kimi təqdim olunub:

“Romantika səhnələri. Bu plitə XII əsr İran şairi Nizami Gəncəvinin yazdığı “Xəmsə” və ya Nizaminin beş nağılı kimi tanınan İran dastanından məşhur səhnəni təsvir edir”.

Paylaşımda daha bir səhv Şirinin erməni şahzadəsi kimi təqdim olunmasıdır.

Belə ki, əsərin Sasani hökmdarı Xosrov və erməni şahzadəsi Şirinin görüşlərindən bəhs etdiyi kimi qələmə verilib.

Qeyd edək ki, “Viktoriya və Albert” muzeyi dünyada tətbiqi sənət əsərlərinin qorunduğu ən zəngin muzeylərindən biridir. Burada Azərbaycan sənətkarlarının bir çox əsərləri, eləcə də, məşhur “Şeyx Səfi” xalçası nümayiş etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO