Mədəniyyət naziri Musiqili Teatra baş rəssam təyin edib

Mədəniyyət naziri Musiqili Teatra baş rəssam təyin edib

Hazırda oxunan: Mədəniyyət naziri Musiqili Teatra baş rəssam təyin edib

47518

Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə istedadlı gənc rəssam Vüsal Rəhim Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rəssamı təyin olunub.

Bu barədə Bizim.Media-ya teatrdan məlumat verilib.

Qeyd edək ki, Vüsal Xəlil oğlu Rəhimov 20 dekabr 1987-ci ildə Gəncədə anadan olub. 1994-2005-ci illərdə Gəncə şəhəri 20 saylı orta ümumtəhsil məktəbində oxuyub.

2007-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Teatr-dekor sənəti" ixtisası üzrə bakalavr təhsili alıb.

2011-ci ildən müstəqil yaradıcılıq fəaliyyətinə başlayan V.Rəhim elə həmin ildən həm də quruluşçu rəssam kimi ölkənin ayrı-ayrı teatrlarında onlarla tamaşanın quruluşçu rəssamı olub.

2014-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bədii tərtibat işlərinin icraçı rəssamı, 2019-cu ildən bu ilin noyabr ayınadək isə quruluşcu rəssam kimi fəaliyyət göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO