Türk dövlətləri kino sahəsində əməkdaşlıq edəcək - FOTO

Türk dövlətləri kino sahəsində əməkdaşlıq edəcək - FOTO

Hazırda oxunan: Türk dövlətləri kino sahəsində əməkdaşlıq edəcək - FOTO

45926

Türk dövlətlərinin mədəniyyət nazirləri kino sahəsində əməkdaşlığı əks etdirən birgə Bəyannamə imzalayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov “Twitter” hesabında məlumat verib.

Nazir bu addımı tarixi an kimi dəyərləndirib.

“Türk dünyasının mədəniyyət sahəsində tarixi bir an. Mədəniyyət nazirlərinin kino sahəsində əməkdaşlığı əks etdirən Birgə Bəyannaməni imzalaması, Türk dünyası Film Fondunun təsis edilməsi, hər il “Korkut Ata” film festivalının və birgə filmlərin çəkilməsi  razılaşdırıldı”, - deyə nazir qeyd edib.

Xatırladaq ki,  2023-cü ildə “Korkut Ata” film festivalına ev sahibliyinə Şuşa şəhərinin namizədliyi təklif olunub. 2022-ci ildə isə festival Türkiyənin Bursa şəhərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO