Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub.
Bizim.Media xəbər verir ki, abidə Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən hazırlanıb.
Bürüncdən hazırlanan büst əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.
Qeyd edək ki, Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib, daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb.
Bizim.Media
Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin yenidən qurulan büstü - //t.co/SaJB1hwNJK#heydaraliyevfoundation #heydərəliyevfondu #mədəniyyət #culture #Azerbaijan #Azərbaycan pic.twitter.com/pm30aMj5pM
— H.A.Foundation (@H_A_Foundation) October 20, 2021