Təhminənin Spartakı: “Heyf ki, yaşlandım və müharibədə iştirak edə bilmədim”

Təhminənin Spartakı: “Heyf ki, yaşlandım və müharibədə iştirak edə bilmədim”

Hazırda oxunan: Təhminənin Spartakı: “Heyf ki, yaşlandım və müharibədə iştirak edə bilmədim”

3806

Vətən müharibəsindəki tarixi qələbəmiz xalqımızın və sənət adamlarının da həyatında bir sınaq oldu. Qarabağın erməni işğalından azad olunması xəbəri demək olar ki, hər kəs tərəfindən coşqu ilə qarşılanıb.

Əməkdar artist Füzuli Hüseynov Bizim.Media-ya açıqlamasında müharibədə iştirak edə bilmədiyi üçün heyfsləndiyini bildirib. 

“Biz 200-ildə ilk dəfədir ki, torpaqlarımızı işğaldan azad edirik. Halal olsun şanlı ordumuza! Sadəcə bir şeyə heyfslənirəm ki, yaşlandim və şəxsən müharibədə iştirak edə bilmədim”.

Daha sona əməkdar artist Azərbaycan xalqının humanistliyinə görə hər zaman əziyyət çəkdiyini bildirib.

“Humanistliyimiz hər zaman başımıza bəla olub. Buna 1905, 1918, 1948 və 1970 ləri misal gətirmək olar. Necə deyərlər, itlə dostluq et amma dəyənəyi hazır tut. Biz bir saniyə belə sayıqlığımızı itirməməliyik. Ermənilərə güvənmək olmaz”.

Sonda F.Hüseynov Qarabağla bağlı gələcək planları haqqında da danışıb.

“Düşünürəm ki, Vətən müharibəsi haqqında real ssenarilər olacaq. Mən də imkan olsa bu sahədə özümü göstərməyə çalışacağam”, - deyə o, fikrini tamamlayıb.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO