Ötən gün vəfat edən Xalq artisti Əjdər Həmidovun həmkarı Elşən Rüstəmov onunla bağlı xatirələrindən danışıb.
Bizim.Media-ya açıqlamasında əməkdar artist, Əjdər Həmidovun ölümünün Azərbaycan mədəniyyəti üçün ağır itki olduğunu dilə gətirib.
“Əjdər Həmidovun ölüm xəbəri bizi çox sarsıtdı. Bu xəbər nəinki məni, bütün teatrı yasa boğdu. Əjdər müəllim teatrın ən aparıcı aktyoru idi, demək olar ki, bütün tamaşalarda iştirak edirdi. Çox təəssüf ki, ömrü yarımçıq qaldı, onun qarşıda hələ çox tamaşaları vardı”.
E.Rüstəmov tez-tez Xalq artisti ilə söhbət etdiyini, onunla dərdləşdiyini də bildirib.
“Biz tez -tez söhbət edirdik, dərdləşirdik. İnanın, elə xoş aurası olan insan idi ki, hər zaman şirin söhbətləri məni valeh edirdi”.
Əməkdar artist onun səhhəti ilə bağlı problemlərindən də danışıb:
“Əjdər müəllim ancaq yüksək təzyiqdən əziyyət çəkirdi. Bir müddət əvvəl bu xəstəlikdən müalicə aldı, səhhəti yaxşılaşdı, müəyyən həblər qəbul edirdi. Ancaq çox heyif ki, sonda bu xəstəlik onun ölümünə səbəb oldu”.
Aktyorla sonuncu görüşündən də danışan E. Rüstəmov onun çox mülayim xasiyyətli olduğunu da deyib.
“Space kanalında Əjdər müəllimin ad günü keçirilirdi. O, bu tədbirə məni də dəvət etmişdi. Sonuncu dəfə orada görüşdük. O, çox mehriban, gülərüz bir insan idi. Heç vaxt nədənsə şikayət etməyini eşitməzdik. Demək olar ki, çox tamaşalarda tərəf müqabili olmuşuq. Sonuncu tamaşamız 2019-cu il noyabr ayında “Dəli yığıncağı” olub. Sonra pandemiyaya görə teatrlar bağlandı, biz bir daha səhnəyə çıxmadıq”- deyə, o, bildirib.
E. Rüstəmov Xalq artistinin Şabran şəhərində dəfn olunacağını deyib. Onun sözlərinə görə, əslən Şabran şəhərindən olan Ə. Həmidov yaxınlarının yanında dəfn olunmasını istəyirdi.
Qeyd edək ki, Xalq artisti Əjdər Həmidov ötən gün noyabrın 25-də vəfat edib. O, insult xəstəliyindən əziyyət çəkirdi.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
15:00 / 25.11.2020
“Bu xəstəlik onun ölümünə səbəb oldu” – Əməkdar artist Əjdər Həmidov haqqında danışdı
Hazırda oxunan: “Bu xəstəlik onun ölümünə səbəb oldu” – Əməkdar artist Əjdər Həmidov haqqında danışdı
Hazırda oxunan: “Bu xəstəlik onun ölümünə səbəb oldu” – Əməkdar artist Əjdər Həmidov haqqında danışdı
3491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.