Aləmzər İlayın imza günü - FOTO

Aləmzər İlayın imza günü - FOTO

Hazırda oxunan: Aləmzər İlayın imza günü - FOTO

251202

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatının laueratı Aləmzər İlayın imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, Aləmzər İlayın "Qəlbdən-qəlbəb gedən yol", "Həsrətli dünyam", "Görən niyə belə darıxıram", "Şairlər Tanrıya yaxın olurlar", "Arzularım oldu xeyalım" kitablarının müəllifidir.
 

MÖVZU İLƏ BAĞLI

Sumqayıtlı şairlər Bakıda şeir oxudular - FOTO


O, eyni zamanda Azərbaycan zəfərinə həsr edilən mahnıların müəllifi. Yazdığı mahnı Azərbaycan Dövlət Televiziyasının Qızıl Fonduna daxil edilib.

Qeyd edək ki, 24-31 may tarixlərində keçiriləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi nəzərdə tutulub.

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.





Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO