“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert KEÇİRİLDİ – FOTO

“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert KEÇİRİLDİ – FOTO

Hazırda oxunan: “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert KEÇİRİLDİ – FOTO

247213

“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib.

Elm və Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan xalqının dahi bəstəkarı, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq Üzeyir Hacıbəylinin dünya musiqisi tarixində tutduğu mövqeyini, musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərini gənc nəslə tanıtmaq, bu mədəni irsi qorumaq və daha da inkişaf etdirməkdən ibarətdir.
 

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, millət vəkili Mehriban Vəliyeva, tanınmış mədəniyyət və incəsənət nümayəndələri və digər rəsmilər iştirak ediblər.


Konsert tədbirində ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrindən 400 nəfərdən çox tələbə də tamaşaçı qismində iştirak edib.

Tədbirdə təhsilalanların ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin unudulmaz əsərləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO