Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ

Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ

Hazırda oxunan: Xalq rəssamı Rafiz İsmayılov VƏFAT ETDİ

246947

Görkəmli kino xadimi, Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov vəfat edib.

Bizim.Media xəbər verir ki, bu haqda Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Məlumata görə, R. İsmayılov uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, R. İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. O, 1962-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirib. 1966-1972-ci illərdə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.
 

1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Bir çox bədii filmlərin, teatr tamaşalarının quruluşçu rəssamı, bir neçə animasiya filminin rəssamı və rejissorudur.


R. İsmayılov bir neçə kitabin da tərtibatçı rəssamı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO