Ramil Qasımov və Hüseyn Hüseynov yüksək vəzifəyə TƏYİN EDİLDİLƏR

Ramil Qasımov və Hüseyn Hüseynov yüksək vəzifəyə TƏYİN EDİLDİLƏR

Hazırda oxunan: Ramil Qasımov və Hüseyn Hüseynov yüksək vəzifəyə TƏYİN EDİLDİLƏR

242438

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına 2 direktor müavini təyin olunub.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə mədəniyyət naziri Adil Kərimli bununla bağlı 2 əmr imzalayıb.
 

Müvafiq əmrə əsasən, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Adıgözəl oğlu Qasımov vəzifəsindən azad olunub. O, digər əmrlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin edilib.


Adil Kərimlinin başqa əmri ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Hüseyn Akif oğlu Hüseynov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini vəzifəsinə təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO