Türkiyənin məşhur aktyoru Kənan İmirzalıoğlu bir zamanlar fərqli ssenarisi və aktyor heyəti ilə tamaşaçıları ekran başına toplayan “Ezel” serialı haqqında danışıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə KAFA TV adlı yutub kanalında qonaq olarkən bəhs edib.
Onun sözlərinə serial çəkilişləri üçün təklif alarkən əsgərlikdə olub:
“O vaxt prodüserimiz Kerem Çatay ilə hərbi xidmətdə idik. Əlaqə saxladılar, amma hərbi xidmətdə olduğumu öyrəndilər. Sonra dedilər 1 il gözləyə bilmərik, başqa aktyor heyəti ilə davam edək. Amma bəyənmədilər. Məni gözləməyə qərar verdilər. O vaxt başqa prodüserlə də qiyabi razılaşmışdım. “Ezel”in ssenarisini əvvəlcə oxumaq istəmirdim. Ağzımdan söz çıxmışdı deyə, öncəliyim digər layihə idi. Lakin oxuduqdan sonra çox təsirləndim. “Ezel” həyatıma belə daxil oldu”, - İmirzalıoğlu deyib.
Qeyd edək ki, serial 2009-2011-ci illərdə yayımlanıb. Baş rollarda Kənanla birgə İsmail Filiz, Cansu dere, Tuncel Kurtiz, Ufuk Bayraktar, Yiğit Özşener və s. aktyorlar çəkilib.
Həmin müsahibəni təqdim edirik:
Bizim.Media