"Rafiq Hüseynov haqqında film çəkib, yaradıcılıq gecəsini keçirəcəyik"- Diktorun həyat yoldaşı

Hazırda oxunan: "Rafiq Hüseynov haqqında film çəkib, yaradıcılıq gecəsini keçirəcəyik"- Diktorun həyat yoldaşı

211354

Azərbaycan televiziya məkanının ən tanınmış diktorlarından olan Xalq artisti Rafiq Hüseynov ötən ilin 30 oktyabrında dünyasını dəyişdi. Uzun müddət idi ki, ağciyər xərçəngi və başqa problemlərdən əziyyət çəkən diktor müalicə olunduğu Almaniyanın Düsseldorf şəhərində dünyaya vida dedi. Lakin Rafiq Hüseynov çoxşaxəli həyat tərzi yaşayıb, məhsuldar fəaliyyət göstərən insanlardandır. Bu səbəbdən də, ölümündən sonraxa0 xatirəsininxa0 əbədiləşdirilməsi, xatirələrinin çap olunması və s. işlər çox vacibdir. Bəs ailəsi bu barədə nə düşünür?

Mərhum diktorun həyat yoldaşı Səbinə Hüseynova Moderator.az-a açıqlamasında bu barədə gələcəkdə görəcəkləri işlərdən danışıb:

“Rafiq müəllimin xatirəsini əbədiləşdirməklə bağlı planlarımızda bir neçə variant var. Amma hazırda daha çox iki məsələxa0 haqqında düşünürük: biri, onun barəsində çəkiləcək film, o biri isə yaradıcılıq gecəsi...Amma hələ ki, hər iki işlərlə bağlı materiallar toplanır.Yəni, hazırlıq mərhələsi gedir.

Öz sağlığında-60 illiyinə “Diktor” adlı kitab buraxmışdı. İfalarından ibarət diskləri də özü hazırlamışdı. Yəni, özü sağlığında bir xeyli işlər görmüşdü.xa0 Biz isə sadəcə, onun heç yerdə getməyən fotolarını, yaxud, başqa nişanələrini bir araya gətirib toplayacağıq”.

Elmin Nuri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO