Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak ölkənin 2025-ci il yanvarın 1-dən Rusiya neftinin Aİ-yə tranzitini dayandıracağı ilə bağlı öz bəyanatını təkzib edib.
Bizim.Media xəbər verir ki, onun təkzibi “Mı - Ukrayna” telekanalının saytında dərc olunub.
Podolyak bildirib ki, Ukrayna Rusiya neftinin Avropaya tranziti ilə bağlı öhdəliklərini müqavilələrin müddəti bitənə qədər tam həcmdə yerinə yetirəcək:
“Eyni zamanda, Ukrayna müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirib və bu cür müqavilələrin başa çatması üçün nəzərdə tutulan tarixə qədər yerinə yetirəcək, çünki bu, bizim Avropa ölkələri ilə ikitərəfli münasibətlərimizə aiddir”.
O, əlavə edib ki, Ukrayna Rusiya neftinin mövcudluğunu azaltmaq və ya tamamilə aradan qaldırmaq üçün regionun bəzi ölkələrinə neft tədarükünü diversifikasiya etmək istəyində Avropa Komissiyasını dəstəkləyir.
Nəticədə, Ukrayna 2029-cu ilin sonuna qədər Avropaya neft tranzitini davam etdirəcək. Daha əvvəl Podolyak bildirib ki, qazdan əlavə, 2025-ci ilin yanvarından Ukrayna ərazisindən Rusiya neftinin Drujba neft kəməri ilə tranziti dayandırılacaq.
Bizim.Media