Xalq artistlərindən Heydər Əliyev haqqında – UNUDULMAZ SÖZLƏR 

Xalq artistlərindən Heydər Əliyev haqqında – UNUDULMAZ SÖZLƏR 

Hazırda oxunan: Xalq artistlərindən Heydər Əliyev haqqında – UNUDULMAZ SÖZLƏR 

20746

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təkcə Azərbaycanın siyasi, iqtisadi həyatında deyil, həmçinin incəsənət tarixində də misilsiz töhfələri olub. 

Onun Azərbaycan memearlığı, tətbiqi sənəti və incəsənətin digər sahələrində həyata keçirdiyi layihələr, mədəniyyət adamlarına göstərdiyi qayğı heç vaxt unudulmayacaq. Ulu Öndər bütün həyatı boyu sənət adamlarının hamisi kimi çıxış edib. 

Ümummilli liderin qayğısı haqqında Bizim.Media-ya danışan sənətkarlar bu unudulmaz şəxsiyyəti böyük ürək yanğısı ilə xatırlayıblar, bizimlə xatirələrini bölüşüblər. 

Xalq artisti, zərb ifaçısı Sadıq Zərbəliyev əməkdaşımızla söhbətində Ulu Öndəri Azərbaycan xalqının xilaskarı adlandırıb:



“Mən Heydər Əliyevə cənnətlik insan deyirəm. O, cənnətini sağ ikən qazanan insanlardan olub. Yadımdadır, Heydər Əliyev mənə həmişə Sadiq deyirdi. Mənim dəfələrlə Naxçıvana gedib, konsertlərdə iştirak etdiyimə görə mənə deyirdi ki, sən çox sadiq insansan. 

Onun sənət insanlarına xüsusi diqqəti vardı, məni əməkdar artist olmadan birdəfəlik Xalq artisti adına layiq gördü. Türkiyədə Atatürk xalqının himayədarı oldu, Azərbaycanda da Heydər Əliyev, bizim hamımızın lideri, öndərimizdir. Heydər Əliyev əbədi olaraq Azərbaycanla yaşayacaq”, – deyə o öz fikirlərini bizimlə bölüşüb.

Xalq artisti Niyaməddin Musayev Heydər Əliyevin şəxsiyyətini sənət dünyasına böyük hədiyyə kimi dəyərləndirib. O, Ulu Öndərin incəsənət üçün etdiyi misilsiz xidmətlərindən söz açıb:



“Ulu Öndərin gəlişi bütün sahələr üçün ümid işığı oldu. O, hər zaman sənət  insanlarının yaradıcılığını qiymətləndirib. Onun gəlişi mənim həyatımda böyük rol oynayıb. O, çox səmimi, mehriban bir insan idi. Bütün konsertlərdə proqram bitdikdən sonra səhnə arxasına gəlib, bizimlə görüşdü”. 

Xalq Artisti Məleykə Əsədova isə Ulu Öndərin onu hər zaman ruhlandırdığını deyib. 



“Onunla bağlı çox gözəl xatirələrim var. Heydər Əliyev dahi bir şəxsiyyət idi. O, əsrdə bir dəfə gələn insanlardandır.  Heydər Əliyev hər zaman biz – incəsənət nümayəndələrinə xüsusi diqqət ayırırdı. Demək olar ki, bizim bütün tamaşalarımıza gəlirdi.  Mən çox xoşbəxt sənətkaram ki, onun imzası ilə həm əməkdar artist, həm də Xalq artisti mükafatlarına layiq görülmüşəm”.

Aliyə İlyas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO