Elmi əsərləri ilə tanınan Pərvanə Məmmədlinin İMZA günü keçirilib – FOTO 

Elmi əsərləri ilə tanınan Pərvanə Məmmədlinin İMZA günü keçirilib – FOTO 

Hazırda oxunan: Elmi əsərləri ilə tanınan Pərvanə Məmmədlinin İMZA günü keçirilib – FOTO 

194673

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin imza günü keçirilib.

Bizim.Media xəbər verir ki, müəllifin Cənubi Azərbaycan ədəbiyyatı, mətbuatı, mədəniyyətindən bəhs edən elmi əsərləri çap olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Festivalda şair Namiq Dəlidağlının publisistik kitabları nümayiş olunub – FOTO 


Yüzdən çox elmi, iki yüzdən çox publisistik məqalə, 3 monoqrafiya, 5 elmi kitab, 1 dərslik, 2 proqram müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Eyni zamanda, humanitar sahə üzrə bir neçə yerli və xarici qurumların üzvüdür, bir neçə mükafata layiq görülüb.

Qeyd edək ki, bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının 6-cı günü start götürüb. Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.

Festival mayın 31-dək davam edəcək.






Günay Şahmar, Nicat Niftəliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO