xa0
Tanınmış Amerika psixoloqu və yazarı Marqot Atvell gənc yazıçılara yazmamaq sindromunu aradan qaldırmaq yollarını göstərir.xa0
Moderator.az öz tərcüməsində bu tövsiyyələri sizlərə təqdim edir.
xa0İki səbəb yazmağa mane olur : İlham əskikliyi və qorxu. İlhama söykənmədən yazmaq həqiqətən də qorxulu xa0bir haldır. Əvvəlcə kompüterdə boş bir səhifə açıb, yazmağa çalışırlar. Sonra isə geridə qalan ağ səhifəyə baxıb , boşluqdan qorxub yazdıqları ilk sətiri də silirlər. Bu artıq bir çox yazarların kabusuna çevrilib. Bu vəziyyətlə mübarizə edə bilməniz üçün bir neçə yol təklif edirik:
İlk xa0olaraq xa0əllə xa0yazmağa çalışın
xa0
Bəzi insanların kompüterdə xa0 2.000 söz xa0yazması bir xa0problem xa0deyil. xa0Lakin bunu xa0makinada yazmaq xa0mənim yaradıcılığımı hər zaman məhdudlaşdırar. Ancaq mənə bir kağız, bir də qələm versəniz, özümü o kağızın üzərini boş yer qalmayana qədər yazmağa məcbur edərəm, xa0 sonra da kağızın digər üzünə keçərəm. Hər kəs ənənəvi yolla öz xa0ilhamını axtarır. xa0Buna görə də xa0siz əvvəlcə öz yolunuzu tapmalısız. Bəzi insanlar əllə yazdıqları zaman yazdıqlarına daha çox bağlanar. .. Əllə yazmaq işgəncə kimi görünsə də bunu yoxlayın.
Zehininizi dağıdacaq şeylərə yönəlin
Yerimək, velosiped sürmək, qaçmaq xa0kimi fiziki bir fəaliyyət sayəsində zehininizi rahatlaşdıra bilərsiz. xa0Bu fəaliyyətlər, zehininizi dağıdıb, yeni əlaqələr qurmanızı təmin edəcək. Bundan sonra siz xa0özünüzü daha xa0yaradıcı hiss edəcəksiniz. Bəzən radioda səslənən musiqinin sədası altında rəqs etmək belə xa0belə zehnimizi xa0rahatlaşdırar və ağılımıza xa0əhəmiyyətli fikirlərin gəlməsinə xa0kömək edər. Amma bir xa0xəbərdarlıq edim: xa0Əgər bu cür fiziki fəaliyyətləri edərkən fikir axtarışınıza çıxsanız , bu zəhmətinizi xa0heçə endirər. Özünüzü azad buraxın, gözləyin fikirlər sizi tapsın.
Fərqli şeylər oxuyun
Bəzi yazarlar xa0kitab yazarkən başqa kitabları oxumağı xa0sevməzlər. Mən isə oxumadan yola saldığım xa0bir günümü xəyal etmirəm. xa0Əgər oxuyacağınız şeylərdən təsirlənirlənəcəyinizdən xa0qorxursunuzsa başqa növdə kitablar oxuyun. Məsələn, xa0əgər roman yazırsınızsa, tarix ya da şeir kitablarını oxuyun.xa0
Səyahət edin
Yeni yerlər görmək, böyük bir ilham qaynağı ola bilər. (Gedəcəyiniz yerlərin çox uzaqda olmasına heç ehtiyac yoxdur.) Çox insan gündəlik monoton həyatından kənara çıxa bilmir. xa0Əgər siz bir həftə sonunu ya da yalnız bir gününüzü bir səyahətə ayırıb yeni yerlər görsəniz, bu sizə çalışdığınız layihəyə dərhal başlama əzmi verə bilər.
Yeni tapdığınız fikirləri qeyd aldığınıza əmin olun
Ən yaxşı fikirləri ümumiyyətlə yuxuya dalıb getdiyim zaman ya da yuxuyla oyanıqlıq arasında,olduğum vaxt qurmağa başlayıram. Ayrıca duşda da çox yaxşı fikirlər tapdığım vaxt olub. Bir fikir tapmaq üçün ən əlverişsiz zaman ümumiyyətlə ən yaxşı fikri tapdığım zamandır. Yəni , yatağınızın yanında, pulqabınızda, avtomobilinizdə xa0qeyd dəftəri saxlamağa çalışın. Çünki belə bir fikir ağılınıza gəldiyində onu kağıza tökmək üçün böyük bir səy sərf edərsiniz.
Əminəm ki bu üsulları istifadə, etsəniz xa0yazmamaq sindromunu asanlıqla dəf edə bilərsiz.xa0
Hazırladı: Elmin




























































































