Azərbaycan Dövlət Pantomima Teatrında 2019-cu ildən mühasib vəzifəsində çalışmış Kərimova Aytən Ceyhun qızı 2023-cü ilin yanvar ayında işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyi məsələ ilə bağlı açıqlama verib.
Qurumdan bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanılıb:
“İstintaq tamamlanıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlum olub ki, Aytən Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib. Bununla da Mədəniyyət Nazirliyinin əmlakının qorunub saxlanılması və maliyyə vəsaitlərindən qənaətlə, fəaliyyətə uyğun istifadəsinə və nazirliyin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub".
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
19:17 / 27.12.2023
Teatrdakı 332 minlik mənimsəmə ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Teatrdakı 332 minlik mənimsəmə ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Teatrdakı 332 minlik mənimsəmə ilə bağlı RƏSMİ AÇIQLAMA
171043
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.