Prezident tərəfindən mükafatlanan Ramiz Məlik: \

Prezident tərəfindən mükafatlanan Ramiz Məlik: \"Xəbəri eşidəndə çox sevindim\"  - ÖZƏL

Hazırda oxunan: Prezident tərəfindən mükafatlanan Ramiz Məlik: \"Xəbəri eşidəndə çox sevindim\"  - ÖZƏL

150759

Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Ağarza oğlu Məliki “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

Aktyor sevinc hisslərini Bizim.Media-nın əməkdaşı ilə bölüşüb:
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Ramiz Məliklə bağlı SƏRƏNCAM


"Bilirsiniz ki, avqustun 4-də mənim 80 yaşım tamam oldu. Bu təltif isə mənə verilən ən böyük hədiyyədir. Bu xəbəri alanda çox sevindim. Sənətimə və yaradıcılığıma verilən dəyər, qiymətdir. Cənab prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm".

Onkoloji xəstəlikdən əziyyət çəkən R.Məlik səhhətindən də danışıb:

"Hazırda səhhətim stabil normaldır. Müalicələrimi evdə davam etdirirəm. Yaxşı olmağa çalışıram".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO