Bakıda 124 yaşlı tarixi bina sökülür? – RƏSMİ AÇIQLAMA

Bakıda 124 yaşlı tarixi bina sökülür? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıda 124 yaşlı tarixi bina sökülür? – RƏSMİ AÇIQLAMA

146168

1899-cu ildə milyonçu İsa bəy Hacınski tərəfindən tikilmiş binanın sökülməsi barədə ötən gün sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda deyilir ki, 124 yaşlı binanın söküləcəyi barədə sakinlərə xəbərdarlıq edilib. Hətta artıq bəzi sakinlərin binadakı evlərini gələcək podaratçı şirkətə satması barədə razılığa gəldiyi də deyilir.

Bəs, 124 yaşlı tarixi bina niyə sökülür?

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrəndik. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda siyahıya alınan 31 TARİXİ BİNA – Onların vəziyyəti necədir?


Nazirlikdən Bizim.Media-ya bildirilib ki, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 11 ünvanında yerləşən 3146 inventar nömrəli memarlıq abidəsinin söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir:

“Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və yayılan məlumatları təsdiq edən heç bir fakta rast gəlinməyib.

Eyni zamanda həmin tarixi abidədə yaşayan sakinlər də binanın sökülməsi ilə bağlı onlara hər hansı məlumatın verilmədiyini bildiriblər.

Bir daha qeyd edirik ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO