Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu TƏSDİQ OLUNUB 

Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu TƏSDİQ OLUNUB 

Hazırda oxunan: Mədəniyyət Nazirliyinin yeni regional idarələrinin strukturu TƏSDİQ OLUNUB 

144546

Prezident İlham Əliyevin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq,  Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin məlumatında qeyd edilib. 

Bildirilib ki, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq, nazirliyin Sumqayıt, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Gəncə, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Biləsuvar, Masallı və Lənkəran regional mədəniyyət idarələri əsasında Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional mədəniyyət idarələri yaradılıb.  
Dövlət başçısının sözügedən Sərəncamına müvafiq olaraq, Mədəniyyət Nazirliyi tərəfindən yeni regional mədəniyyət idarələrinin strukturu və əsasnamələri  təsdiq edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO