Şuşada beynəlxalq uşaq rəqs festivalı keçirildi - FOTO

Şuşada beynəlxalq uşaq rəqs festivalı keçirildi - FOTO

Hazırda oxunan: Şuşada beynəlxalq uşaq rəqs festivalı keçirildi - FOTO

139143

Şuşada “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı keçirilib.

Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Türkdilli dövlətlərin uşaq rəqs qrupları arasında keçirilən festival nazirliyin təşkilatçılığı ilə reallaşıb.

Festivalda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri, şəhid övladları və digər qonaqlar iştirak ediblər.

Festivalda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Azərbaycandan olan 150-yə yaxın məktəbli tərəfindən müxtəlif rəqs nömrələri nümayiş etdirilib.

Qeyd edək ki, beynəlxalq rəqs festivalının təşkilində məqsəd uşaq və gəncləri dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Türk dünyası ilə bağlı gördüyü işlər haqqında məlumatlandırmaq, türkdilli dövlətlərin gənc nəslinə ölkəmizi tanıtmaq, uşaqları bir-birlərinin milli adət-ənənələri ilə tanış etmək, onlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçılara tanıtmaqdan ibarətdir.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO