Türkiyə şirkətləri müharibədən əvvəl Bakı və bir çox bölgələrin 10 milyarddan çox dəyəri olan layihələrində iştirak edib. Qarabağın bərpasın ilə bağlı ilk müqavilələr də məhz türk şirkətləri ilə imzalanıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında deyib. Qarabağın bərpası ilə bağlı layihələrdə türk şirkətlərinin rolu barəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mütəmadi danışıqlarının olduğunu qeyd edən prezident bu sahədə əməkdaşlığın əvvəlki təcrübədən yararlandığını bildirib:
MÖVZU İLƏ BAĞLI:
“Türkiyədən yeni nəsil silahlar gətiriləcək” – PREZİDENT
“Şuşanın avtomobil və Göygöldən Kəlbəcərə çəkilən yolda türk şirkətləri çalışır. Bir çox layihələrdə də azad edilmiş torpaqlarımızda Türkiyəni görmək istəyirik.
O cümlədən tarixi abidələrimizin də bərpasında onların rolu qaçılmaz olacaq”.
Alçina Amilqızı, Bizim.Media