Barat Şəkinskaya Azərbaycan kino tarixinin ən gənc əməkdar artisti (23 yaş), dövlət mükafatı laureatı, Mir Cəfər Bağırovdan tutmuş sıravi vətəndaşa qədər hamının sevimlisi idi. 1914-cü ildə Şuşada anadan olan aktrisa 1999-cu ildə Bakıda dünyasını dəyişib.xa0
Yazıda Barat Şəkinskaya haqqında çox danışmayacağıq. xa0Çox güman başqa yazılarda onun həyat və yaradıcılığına da toxunarıq. Amma həyatda çox uğursuzluqlarla üzləşən, 3 dəfə ailə həyatı qursa da heç birində xoşbəxt ola bilməyən Bartat Şəkinskayanın bir sirri var idi. O, ömrünün sonunda faciə ilə üzləşmişdi və ölənə qədər süni gözlə yaşamalı olmuşdu.
Ömrünün sonlarına yaxın üzləşdiyi bir faciə onu bir gözündən edir. Belə ki, o, fotoqrafın səhvi üzündən faciə ilə üzləşir. Qızı uzun müddət əvvəl bu barədə verdiyi açıqlamasında anasının faciəsini belə xatırlayırdı:
“Anam təqaüdə çıxandan bir neçə il əvvəl kollektiv foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi, anamın isə bir gözü qlaukoma oldu. Cərrahiyyə əməliyyatı elətdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, “a bala, gözlə, qoy gedim gözümü taxım, gəlim”x9d. Ya da deyirdi ki, “bu tərəfdən çəkməyin, o biri tərəfdən çəkin, qoy, tamaşaçılar təbii gözümü görsünlər”x9d. Demək istəyirəm ki, bunu özünə dərd eləməmişdi”x9d.
Qeyd edək ki, Barat Şəkinskaya iki məşhur rejissorun- Şəmsi Bədəlbəyli və Mehdi Məmmədovun həyat yoldaşı olub. Ş. Bədəlbəylidən Rövşanə adlı qızı, Mehdi Məmmədovdan isə Elçin adlı oğlu dünyaya gəlib. Elçin Məmmədovu hamımız tanıyırıq. O, ixtisasca rəssam olsa “Dədə Qorqud”x9d filmində Qaraca Çoban, “Yeddi oğul istərəm”x9ddə isə Mirpaşa rollarını böyük ustalıqla canlandırıb.xa0
Elmin Nuri



































































































